Xəzər Xəbər

Gələn il Novruz bayramı ilə əlaqədar 7 gün iş olmayacaq

Cəmiyyət | 11:30 • 9 Dekabr 2023
Gələn il Novruz bayramı ilə əlaqədar 7 gün iş olmayacaq

Gələn il Novruz Bayramı ilə əlaqədar 7 gün iş olmayacaq.

Xezerxeber.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarında əksini tapıb.

 

 
Qərara əsasən, 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı müəyyən edilib.

Əmək Məcəlləsinə əsasən, gələn il 23 və 24 mart şənbə və bazar günlərinə, yəni bayram günləri istirahət günləri nə təsadüf etdiyi üçün 18 və 19 mart qeyri-iş günləri olacaq.

Beləliklə, gələn il Novruz Bayramı ilə əlaqədar ardıcıl 18, 19, 20, 21, 22, 23, 24 mart tarixlərində iş olmayacaq.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024