Xəzər Xəbər

Faktiki hava şəraiti açıqlanıb

Cəmiyyət | 09:59 • 9 Dekabr 2023
Faktiki hava şəraiti açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 9-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Xezerxeber.az-a bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 18 mm, Astarada 12 mm, Lerikdə 11 mm, Qubada 8 mm, Şəkidə 6 mm, Şamaxıda 5 mm, Şabran, Biləsuvar, Qobustan, Balakən, Oğuz, Zaqatala, Zərdab, Qusar, İsmayıllı, Mingəçevir, Naxçıvan, Gədəbəy, Naftalan, Gəncə, Ceyrançöl, Yardımlı, Xaltan, Beyləqan, Qəbələ, Altıağac, Ağcabədi, İmişli, Yevlax, Kürdəmir, Cəfərxan, Sabirabad, Neftçala, Göytəpədə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. 

Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Goranboy, Ceyrançöl, Balakən, Qəbələ, Zaqatala, Şəki, Qax, Oğuz, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Göyçay, Tərtər, Yevlax, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1-5 dərəcə şaxta olub.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024