Xəzər Xəbər

Sumqayıtda "Prius"un vurduğu qadın ÖLDÜ

Cəmiyyət | 08:50 • 2 Dekabr 2023
Sumqayıtda "Prius"un vurduğu qadın

Sumqayıt şəhərində yol qəzası zamanı bir qadın ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə 10-cu məhəllədə baş verib.

1968-ci il təvəllüdlü Tükəzban Süleyman qızı Məmmədovanı ötən gün “Toyota Prius” markalı maşın vurub.

Xəstəxanaya çatdırılan piyada həkimlərin müdaxilələrinə baxmayaraq, bu gün ölüb.

Fakt araşdırılır

Xəbər lenti

Çox oxunanlar