Xəzər Xəbər

Qızılca peyvəndi göstərişə görə vurulmalıdır İnfeksionist

Cəmiyyət | 19:40 • 30 Noyabr 2023
Qızılca peyvəndi göstərişə görə vurulmalıdır

Son günlər qızılca xəstəliyi ölkəmizdə geniş yayılmağa başlayıb. Bu yoluxucu xəstəlikdən ağırlaşma halları ilə xəstəxanaya müraciət edənlərin sayında artım var. Peyvəndləmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur.

Məsələ ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, qızılca xəstəliyinin qarşısını pevəndləmə ilə almaq olar.

"Uşaqların rutin peyvəndlərində qızılca, parotit, məxmərək (QPM) var. Milli peyvənd təqviminə əsasən, qızılcaya qarşı immunizasiya 1 və 6 yaşında olmaqla, 2 doza şəklində kombinə olunmuş qızılca, parotit, məxmərək (QPM) peyvəndi ilə aparılır. Valideynlər də uşaqlarını mütləq şəkildə peyvənd etdirməlidirlər. Qızılca yüksək kontagiozluğa malik kəskin xəstəlikdir.

İnfeksionist bildirib ki, bu vaksin neçə illərdir, istifadə edilir.

"Kifayət qədər təhlükəsizdir və hansısa problem yaratmır. Lakin peyvənd göstərişə görə vurulmalıdır. Çünki göstəriş üçün vurulanda heç bir yan təsiri yoxdur. İnsanların təxminən 93%-i bir dozadan sonra, 97%-i isə ikinci dozadan sonra immun hesab olunur", - deyə o qeyd edib. (trend)

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024