Xəzər Xəbər

Nazir məktəblərdə qızılcaya yoluxmada şişirdilmiş rəqəmlərin olduğunu DEYİB

Cəmiyyət | 17:10 • 30 Noyabr 2023
Nazir məktəblərdə qızılcaya yoluxmada şişirdilmiş rəqəmlərin olduğunu

"Məktəblərdə qızılcaya yoluxma ilə bağlı vəziyyət izlənilir".

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, qızılcaya yoluxma ilə bağlı təsdiqlənmiş saylar çox deyil: "Bəzən başqa simptomlarla qızılca səhv salınır. Ona görə həkimə müraciət edilməsi tövsiyə olunur. Hazırda şayiə və faktlar arasında qalmışıq. Bəzi məktəblərdə əsası olmadan rəqəmlər deyilir. Əksər məktəblərdə ciddi problem müşahidə etmirik. Sadəcə şayiə xarakterli rəqəmlər səsləndirilir".

E.Əmrullayev valideynlərə çağırış da edib: "Valideynlər övladlarını mütləq qızılca və digər müvafiq yoluxucu xəstəliklərə qarşı vaksin vurdurmalıdır. Ən qısa zamanda xüsusilədə aşağı yaşlı şəxslər peyvənd olunmalıdır".

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024