Xəzər Xəbər

DİN-dən kiberdələduzluqla bağlı vətəndaşlara NÖVBƏTİ XƏBƏRDARLIQ

Cəmiyyət | 11:48 • 29 Noyabr 2023
DİN-dən kiberdələduzluqla bağlı vətəndaşlara NÖVBƏTİ

Daxili İşlər Nazirliyi (DİN) kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Xezerxeber.az xəbər verir ki, məlumatda kart məlumatlarının məxfi saxlanılmasının zəruri olduğu bildirilib.

Eyni zamanda vətəndaşlardan özlərini dələduzlardan qoruması istənilib: "Heç bir halda bank məlumatlarınızı digər şəxslərə təqdim etməyin. Kartdan-karta pul köçürərkən kartın üzərindəki 16 rəqəmli nömrədən başqa məlumatları göndərməyin.

Bank kartında şəxsi məlumatları qorumaq vətəndaşın öhdəliyidir. Kiberdələduzların qurbanına çevirilməmək üçün tanımadığınız şəxslərdən gələn mesajları və bildiriçləri açmayın. DİN vətəndaşları ayıq-sayıq olmağa, bu kimi detalları diqqətdə saxlamağa çağırır”.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024