Xəzər Xəbər

Sumqayıtda evə silahlı basqın zamanı yaralanan Türkiyə vətəndaşı ÖLDÜ

Cəmiyyət | 17:23 • 28 Noyabr 2023
Sumqayıtda evə silahlı basqın zamanı yaralanan Türkiyə vətəndaşı

Sumqayıtda güllələnmə hadisəsində yaralanan Türkiyə vətəndaşı bu gün ölüb.

Xezerxeber.az xəbər verir ki, ötən ay Sumqayıtda silahlı basqın zamanı yaralanan Türkiyə vətəndaşı Sərkan Karakaş bu gün xəstəxanada vəfat edib.

S.Karakaş ötən gün axşam saatlarında Türkiyədəki xəstəxanalardan birinə köçürülmüşdü.

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024