Xəzər Xəbər

Umayra Tağıyeva: Gözlənilmədən hava sürprizləri ilə qarşılaşırıq

Cəmiyyət | 12:19 • 28 Noyabr 2023
Umayra Tağıyeva: Gözlənilmədən hava sürprizləri ilə qarşılaşırıq

Hava ilə bağlı daha etibarlı proqnozlar 3-4 günlük, bir həftəlik olur.

Xezerxeber.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirin müavini Umayra Tağıyeva qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib. O bildirib ki, bundan daha uzun müddətə nəyisə söyləmək dəqiq deyil. Bu ancaq fərziyə ola bilər:

"Buna görə qış fəsli üçün bütün qurumların hazırlıq işləri aparması təqdirəlayiqdir. Çünki biz görürük ki, gözlənilmədən iqlim dəyişmələri fonunda hava sürprizləri ilə qarşılaşırıq. Noyabr ayında temperaturun normadan 7 dərəcə yüksək olması gözlənilmirdi. Lakin belə oldu. Buna görə bu il qış fəslində soyuq dövrlər də istisna edilmir. Lakin yaxın həftə, on gün ərzində biz hələ ki, havanın temperaturunun ciddi dərəcədə azalacağınız gözləmirik".

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024