Bu günə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı htimalı var. Gecə və səhər duman olacaq. Gün ərzində əsən güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Havanın temperaturu gecə 9-12°, gündüz 13-16° olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 65-75% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 7-11°, gündüz 14-19°, dağlarda gecə 1° şaxtadan 4°-dək, gündüz 5-9° olacaq.