Xəzər Xəbər

Polis Bakıda avtomobil yoluna yüksəklikdən təkər atılması görüntülərini araşdırır

Cəmiyyət | 10:07 • 3 Oktyabr 2023
Polis Bakıda avtomobil yoluna yüksəklikdən təkər atılması görüntülərini araşdırır

Bakıda yeniyetmələrin yüksəklikdən avtomobil təkəri buraxaraq yolda hərəkət edən nəqliyyat vasitələri üçün təhlükə yaratmaları ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bu hərəkət vətəndaşların qınağına səbəb olub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, polis yayılan görüntülərdən məlumatlıdır.

"Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq", - məlumatda vurğulanıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024