Xəzər Xəbər

Bu günə nə qədər ərazi minalardan təmizlənib? AÇIQLAMA

Cəmiyyət | 12:58 • 2 Oktyabr 2023
Bu günə nə qədər ərazi minalardan təmizlənib?

Bu günə qədər 98 min ha-dan artıq ərazi minalardan təmizlənib.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov jurnalistlərə açıqlamasında deyib.

Samir Poladov bildirib ki, burada on minlərlə tank əleyhinə minalar aşkarlanıb: "Aşkar olunan minalar arasında partlamamış sursatlar, piyada əleyhinə minalar var. Aşkarlanan minaların çoxu plastik tank əleyhinə minalardır. Onların tərkibində metal tərkibi az olduğu üçün aşkarlanması çətinləşir. Minaların çoxu ermənilərin istehsalı olan minalardır. Onlar Rusiya istehsalı olan minaların bənzərini yaratmağa çalışıblar. Bütün bunlara baxmayaraq, işlər davam etdirilir".

O vurğulayıb ki, lokal antiterror tədbirlərindən sonra bəzi kritik ərazilərdə minatəmizləmə işləri aparılır. Samir Poladov artıq bəzi işlərə başlandığını deyib:

"Ərazilərdə hələ ki məskunlaşma yoxdur, insanlar oraya köçürülməyib. Bu mənada həmin ərazilərdə tərəfimizdən qismən zəruri tədbirlər həyata keçirilir".

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024