Xəzər Xəbər

Söyüdlüdə komissiyanın iclasından YENİ AÇIQLAMALAR

Cəmiyyət | 12:27 • 28 Sentyabr 2023
Söyüdlüdə komissiyanın iclasından

Gədəbəyin Söyüdlü kəndində 18 nöqtədə yerüstü sulardan nümunələr götürülüb və müəyyən edilib ki, codluq və bulanıqlılıq, həmçinin ağır metallar normadan yüksəkdir.

Xezerxeber.az xəbər verir ki, bunu Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Micon" Beynəlxalq Monitorinq Şirkətinin Gədəbəyin Söyüdlü kəndində tullantıxana sahəsində apardığı monitorinqin nəticələrinin təqdimatı ilə bağlı kənd sakinləri ilə görüşdə deyib.

O bildirib ki, bir nöqtədə sionidin miqdarı 0,013 müəyyən edilib. Əslində isə norma 0,005 olmalıdır.

"Həmçinin 32 nöqtədə torpaqdan nümunələr götürülüb. Bütün göstəricilər norma daxilində olub, lakin ağır metallar yüksək göstəricilərlə xarakterizə olunub. Mədəndənkənar axın sularından götürülmüş su nümunələrində də ağır metalların normadan yüksək olduğu qeydə alınıb".

Nazir qeyd edib ki, "Micon" şirkətinin apardığı monitorinqlərin yekunlarına dair həm şirkətə tövsiyə xarakterli sənəd hazırlanıb, həm də dövlət qurumları üçün nəzarət tədbirlərinin görülməsi və problemlərin aradan qaldırılması istiqamətində tövsiyələr təqdim edilib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024