Xəzər Xəbər

Vətəndaşlara qarşı kiberdələduzluq edilir

Cəmiyyət | 14:50 • 19 Sentyabr 2023
Vətəndaşlara qarşı kiberdələduzluq edilir

Son vaxtlar müxtəlif internet resursları vasitəsilə Azərbaycan vətəndaşlarına xüsusi texniki üsullarla hazırlanmış və zərərverici ilə yoluxdurulmuş şəkil, video və digər formatlarda fayllar göndərilir.

Xezerxeber.az bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Vətəndaş həmin faylı yüklədikdən sonra faylın daxilindəki zərərli kod icra olunaraq, vətəndaşın cihazı zərərverici ilə yoluxdurulur. Nəticədə vətəndaşın fərdi məlumatları ələ keçirilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tanımadıqları mənbələrdən göndərilən şəkil, video və digər faylları cihazlarına yükləməməyi tövsiyə edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024