Xəzər Xəbər

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

Cəmiyyət | 10:44 • 15 Sentyabr 2023
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

Sentyabrın 15-i saat 9-a olan məlumata əsasən ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti 14-ü gündüz saatlarında tədricən kəsilib.

Milli Hidrometeorologiya Xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, sentybarın 15-i gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.

Düşən yağıntının miqdarı Biləsuvar, Lerikdə 6 mm, Yardımlı, Beyləqan, Neftçala, Culfa, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Ağsu, Astarada 3 mm-dək olub.

Şəmkir, Şamaxı, Lerik, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu sentyabrın 14-də Bakıda iqlim normasından 1.4 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 24 dərəcəyədək isti, Naxçıvan MR-da 30 dərəcəyədək isti, Aran rayonlarında 28 dərəcəyədək isti, dağlıq rayonlarda 11-16 dərəcə isti olub.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024