Xəzər Xəbər

Bakının bir hissəsində qaz olmayacaq

Təmir-quraşdırma işləri görülür
Cəmiyyət | 09:30 • 1 Sentyabr 2023
Bakının bir hissəsində qaz olmayacaq

Bu gün Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq.

Xezerxeber.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi rayonu, A. Zeynallı küçəsində 3 ədəd siyirtmənin hündürlüyə qaldırılması və Füzuli küçəsində 1 ədəd siyirtmənin quraşdırılması ilə əlaqədar sentyabrın 1-də saat 10:00-da qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi DSK yolu, M. S. Ordubadi, M. Aslanov, M. Füzuli və A. Zeynallı küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024