Xəzər Xəbər

Rayonlara şimşək çaxıb, yağış yağıb FAKTİKİ HAVA

Cəmiyyət | 10:10 • 9 İyun 2023
Rayonlara şimşək çaxıb, yağış yağıb

Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 8-də axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Xezerxeber.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.

Bildirilib ki, düşən yağıntının miqdarı Gəncədə 3 mm, Lerikdə 2 mm, Lənkəran, Astara, Göygöl, Yardımlıda 1 mm-dək olub.

Daşkəsən, Göygöl, Qax, Qrız, Lerikdə duman müşahidə olunub.

Bakıda və Abşeron yarımadasında 27 dərəcəyədək isti, Naxçıvan MR-da 32 dərəcəyədək isti, dağlıq rayonlarda 13-17 dərəcə isti, aran rayonlarında 29 dərəcəyədək isti olub.

Xəbər lenti