Xəzər Xəbər

Ağalıda 400-dən çox sakin yaşayır

Cəmiyyət | 16:51 • 7 İyun 2023
Ağalıda 400-dən çox sakin yaşayır

Zəngilan rayonunun Ağalı kəndinin əhalisinin bir hissəsi öz doğma torpağına geri dönüb. Hazırda 400-420 sakin o kənddə yaşayır.

Xezerxeber.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşada keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" adlı beynəlxalq tədbirdə deyib.

“Biz məskunlaşdırma prosesində dövlət strukturları ilə, burada işləyən digər şirkətlərlə bərabər insanların əsas ehtiyaclarının nə olduğunu anlamağa çalışırıq. Bizim artıq bir illik təcrübəmiz var və bu təcrübəmizdən gələcəkdə əhalini digər şəhərlərdə məskunlaşdırarkən istifadə edəcəyik”, - deyə Vahid Hacıyev vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar