Xəzər Xəbər

Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq

Məhdudiyyət iyununun 4-dən olacaq
Cəmiyyət | 16:09 • 2 İyun 2023
Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq

İyunun 4-ü saat 09:00-dan 15:00-dək Bakı şəhəri, Nəsimi rayonunun Alı Mustafayev küçəsində (20 Yanvar dairəsi istiqamətində, tunelin çıxışında) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Xəbər lenti

Çox oxunanlar