Xəzər Xəbər

Azərbaycanda son sutkada 1 nəfər COVID-19-a yoluxub

Cəmiyyət | 16:39 • 29 May 2023
Azərbaycanda son sutkada 1 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Xezerxeber.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 822 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 461 nəfər müalicə olunaraq sağalıb, 10 273 nəfər vəfat edib, aktiv xəstə sayı 88 nəfərdir.

Ölkədə son sutka ərzində 678, hazırkı dövrədək isə 7 619 511 test aparılıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024