Xəzər Xəbər

DSMF-nin gəlirləri artıb

Cəmiyyət | 14:09 • 27 May 2023
DSMF-nin gəlirləri artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində artım tempi davam edir.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2018-2023-cü illərdə DSMF-nin gəlir və xərcləri 70 faiz artaraq 6 mlrd. 264 mln. manata, sosial sığorta daxilolmaları 2,1 dəfə artaraq 4 mlrd. 784 mln. manata çatıb.

2019-cu ilin əvvəlindən sosial ödənişlərin elektron sistem üzərindən proaktiv təyinatı sistemlərinə başlanıb. Ötən dövrdə 560 min pensiya, müavinət, təqaüd təyinatı vətəndaş müraciətinə və sənəd təqdim etməsinə ehtiyac olmadan elektron sistem üzərindən proaktov qaydada aparılıb.

 

Xəbər lenti