Xəzər Xəbər

Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi üçün ekspert-ixtisas komissiyası yaradılır

Cəmiyyət | 13:27 • 27 May 2023
Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi üçün ekspert-ixtisas komissiyası yaradılır

Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi üzrə yeni qaydalar müəyyənləşir. Şəhadətnamələrin verilməsi üçün ekspert-ixtisas komissiyası yaradılır.

Xezerxeber.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Bu Qayda məhkəmə ekspertizası idarələrinin ekspertlərinə, habelə özəl məhkəmə ekspertlərinə məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydasını müəyyən edir.

Şəhadətnamə tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinə Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi, özəl məhkəmə ekspertlərinə isə Ədliyyə Nazirliyi tərəfindən verilir.

Qərarda, həmçinin bildirilir ki, məhkəmə ekspertlərinə şəhadətnamənin verilməsi və ya şəhadətnamənin verilməsindən imtina edilməsi ilə bağlı məsələlərin həlli üçün dövlət orqanlarının hər birində 7 (yeddi) nəfərdən ibarət tərkibdə daimi fəaliyyət göstərən Ekspert-ixtisas komissiyası yaradılır.

Komissiya üzvlərinin səlahiyyət müddəti 3 (üç) ildir. Səlahiyyət müddəti bitmiş üzvlər yenidən komissiyanın tərkibinə daxil edilə bilərlər.

Komissiyanın işinə 10 (on) ildən artıq müvafiq sahədə təcrübəyə malik olan mütəxəssislər cəlb edilə bilərlər.

Komissiyanın üzvləri komissiyanın səlahiyyətlərinə aid bütün məsələlərin həllində bərabər hüquqludurlar.

Komissiya üzvlərinin hüquqları aşağıdakılardır:

komissiyanın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək və təkliflər vermək;

komissiyanın iclaslarında iştirak etmək, komissiyanın işinin təşkilinə və baxılan məsələlərə dair fikir bildirmək, suallar vermək;

komissiyanın qərarı, protokolu və digər sənədləri ilə tanış olmaq;

qəbul edilməsi təklif olunan qərarın lehinə və ya əleyhinə səs vermək, qərarla razılaşmadıqda xüsusi rəy vermək.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti