Xəzər Xəbər

Dörd ayda əhalinin 77,5%-i aşağı qaz istifadəsi limitini keçməyib

Cəmiyyət | 12:45 • 26 May 2023
Dörd ayda əhalinin 77,5%-i aşağı qaz istifadəsi limitini keçməyib

Bu ilin yanvar-aprel aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 77,5%-i ( 1 932 299 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib.

Xezerxeber.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib. 

Onun sözlərinə görə, hesabat dövründə abonentlərin 20,6%-i (514 780 abonent) orta qaz istifadəsi tarifindən (1 200-2 500 kubmetr çərçivəsində) yararlanıb.

“Hesabat dövründə 47 353 abonent, ümumilikdə isə abonentlərin cəmi 1,9%-i qəpiklik tarifdən istifadə edib”, - Eldəniz Vəliyev qeyd edib.

Xəbər lenti