Xəzər Xəbər

Azərbaycanda nə qədər şəkərli diabet var? STATİSTİKA

Cəmiyyət | 09:50 • 25 May 2023
Azərbaycanda nə qədər şəkərli diabet var?

2022-ci ildə ilk dəfə şəkərli diabet diaqnozu ilə 25 min 417 nəfər qeydə alınıb.

Xezerxeber.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, onlardan 870-i insulindən asılı şəkərli diabet xəstələri, 24 min 547 nəfər isə insulindən asılı olmayan şəkərli diabet xəstələri olublar.

Tibb müəssisələrində şəkərli diabet diaqnozu ilə qeydiyyatda olan xəstələrin cəmi sayı 320 min 982 nəfər olub ki, onlardan da 29 min 804 nəfər insulindən asılı şəkərli diabet xəstələri, 291 min 178 nəfər isə insulindən asılı olmayan şəkərli diabet xəstələri olublar.

Xəbər lenti