Xəzər Xəbər

Bağçalara sənəd qəbulu dayandırılıb

Cəmiyyət | 10:15 • 22 May 2023
Bağçalara sənəd qəbulu dayandırılıb

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemindən istifadə müvəqqəti olaraq dayandırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki səbəb 2023-2024-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq prosesidir. 

bq.edu.az elektron portalı üzərindən növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti