Xəzər Xəbər

Yağış yağacaq, dolu düşəcək

Cəmiyyət | 19:05 • 27 Aprel 2023
Yağış yağacaq, dolu düşəcək

Aprelin 28-29-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.

Şərq küləyi əsəcək, aprelin 30-da bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Xəbər lenti