Xəzər Xəbər

Xəzərdə olan gəmilərə də xəbərdarlıq edilib FIRTINA

Cəmiyyət | 17:22 • 29 Mart 2023
Xəzərdə olan gəmilərə də xəbərdarlıq edilib

Mart ayının 30-u gündüz saatlarından aprel ayının 1-i günün 2-ci yarısına qədər Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin 18-23 m\s,arabir 25-28 m\s,acıq dənizdə arabir 30-35 m/s qədər güclənəcəyi gözlənilir. Dalganın hündürlüyünün 2-4 metr, sonrakı inkişafda 5.5-7.5 metr olacagı gözlənilir. Bununla əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Xezerxeber.az-a verilən məlumata görə, ASCO gözlənilən küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.

Xəbərdarlıqda bildirilib ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.

Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

Bundan başqa, külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanları gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər. 

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti