Xəzər Xəbər

Sertifikasiyadan keçməyən müəllimlərə bir il möhlət verilib AÇIQLAMA

Cəmiyyət | 15:02 • 29 Mart 2023
Sertifikasiyadan keçməyən müəllimlərə bir il möhlət verilib

Müəllimlərin sertifikasiyası üçün qeydiyyatdan keçənlərin 97 faizi imtahanlarda iştirak edib.

Xezerxeber.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, müəllimlərin 78 faizi imtahanlarda uğur qazanıb. İmtahanda uğur qazanan müəllimlərin maaşına əlavələr edilib: “5624 müəllimin maaşına 10 faiz, 3127 müəllimin maaşına 35 faiz əlavə edilib. Ötən il imtahanlarda uğurlu olmayan 22 faiz - 2472 müəllim ilə təlimlər keçirilir. Onlara iş yerlərində qalmaq üçün bir il möhlət verilib. Təkrar sertifikasiyada iştirak edəcəklər”.

Rüfət Əzizov əlavə edib ki, 5 il stajı tamam olmayan, hamilə olan müəllimlər istisna olmaqla hər kəs imtahanda iştirak etməlidir.

Rubrikanın digər xəbərləri

Leysan, dolu olacaq, SEL keçəcək
Leysan, dolu olacaq, SEL keçəcək XƏBƏRDARLIQ
16:39 • 9 İyun 2023
İyun ayının pensiyaları
İyun ayının pensiyaları ÖDƏNİLİB
13:33 • 9 İyun 2023
Sabah 32 dərəcə isti olacaq
Sabah 32 dərəcə isti olacaq PROQNOZ
12:38 • 9 İyun 2023
Rayonlara şimşək çaxıb, yağış yağıb
Rayonlara şimşək çaxıb, yağış yağıb FAKTİKİ HAVA
10:10 • 9 İyun 2023
Yollar BAĞLANACAQ
Yollar BAĞLANACAQ MÜRACİƏT
10:00 • 9 İyun 2023

Xəbər lenti