Xəzər Xəbər

İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti

Cəmiyyət | 16:06 • 23 Mart 2023
İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti istirahət günlərində regionlarda gözlənilən hava şəraitini açıqlayıb.

Xidmətdən Xezerxeber.az-a bildirilib ki, Qəbələdə hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə təşkil edəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 17-19° isti olacaq.

Şəkidə hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək. Havanın temperaturunun gecə 8-10°, gündüz 16-18° isti olacağı proqnozlaşdırılır.

İsmayıllıda hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə təşkil edəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 15-18° isti olacağı bildirilir.

Şahdağda (Qusar) hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 2-5° isti olacağı ehtimal edilir.

Lənkəranda hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək. Havanın temperaturunun gecə 6-8°, gündüz 17-19° isti olacağı ehtimalı var.

 

Xəbər lenti