Xəzər Xəbər

XİN: Ermənistan Azərbaycanın erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına əngəl törətməyə son qoymalıdır

Cəmiyyət | 17:30 • 19 Mart 2023
XİN: Ermənistan Azərbaycanın erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına əngəl törətməyə son qoymalıdır

Ermənistan tərəfi şərt sürmək alışqanlığını unutmayaraq indi də Azərbaycanın erməni sakinlərinin reinteqrasiyası fəaliyyətinə müdaxilə edir. Ermənistan tərəfi Azərbaycan tərəfinin erməni sakinlərlə dialoq aparmaq istiqamətində qərarlı fəaliyyətinə mane olmaq məqsədilə erməni sakinlərinin nümayəndələrini növbəti dialoqun Bakıda keçirilməsi təklifinə qarşı çıxmasına və prosesə dair 3 şərt irəli sürülməsinə vadar edən təxribatlara yol verir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına dair şərhində bildirilib.

Qeyd edilib ki, Ermənistan tərəfinin bununla son iki ildə yeni Laçın yolunun çəkilişi, Sərsəng su anbarı və bir sıra digər istiqamətlərdə erməni sakinlərlə uğurlu dialoqu həzm etmədiyi görünür. Ermənistan tərəfinin “reinteqrasiya” termininə düşmən münasibətini gizlətməməsi və bu anlayışı dialoq və sülhə qarşı çağırış kimi qələmə verməsi, onun əsassız ərazi iddialarını yeni forma və yeni adlar altında davam etdirmək niyyətindən xəbər verir. “Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır”, - deyə A.Hacızadə vurğulayıb.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti