Xəzər Xəbər

Yol polisi hərəkət iştirakçılarına müraciət edib

Cəmiyyət | 15:26 • 19 Mart 2023
Yol polisi hərəkət iştirakçılarına müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Novruz bayramı münasibətilə bütün hərəkət iştirakçılarına müraciət edib.

İdarədən Xezerxeber.az-a daxil olan müraciətdə deyilir: “Əziz həmvətənlər, Novruz bayramı münasibətilə Sizi təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı, səadət, bayram ovqatlı sevinc arzulayırıq.

Bayram günlərində xalqımızın bir-birinin evinə qonaq gedib təbrik etməsi kimi gözəl adətinin olduğunu nəzərə alaraq bəzi tövsiyələrimizi unutmamağınızı xahiş edirik.

Bütün hərəkət iştirakçılarına, xüsusilə də sürücülərə yollarda diqqətli olmağı, yol hərəkəti qaydalarına əməl etməyi, yola çıxmazdan əvvəl avtomobillərinizin sazlığını yoxlamağı, piyadalara isə yolu yalnız onlar üçün müəyyənləşdirilmiş təhlükəsiz yerlərdən keçməyi xahiş edirik. Bayram günlərinin yüksək əhval ruhiyyədə keçməsi üçün təhlükəsizliyinizə biganə olmayın!”.

Xəbər lenti