Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sürücülük vəsiqələri qarşılıqlı olaraq tanınacaq.
Xezerxeber.az verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunu təsdiq edib.
Beləliklə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq və dəyişdiriləcək.