Xəzər Xəbər

461 nəfər hərbi qulluqçuya yeni mənzillər veriləcək

Mənzil növbəsində olan hərbi qulluqçuların ümumi sayı 3 min 759 nəfərə çatıb
Cəmiyyət | 20:08 • 16 Mart 2023
461 nəfər hərbi qulluqçuya yeni mənzillər veriləcək

Martın 16-da Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Fərmana əsasən, Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması nəzərdə tutulur.

Maliyyə Nazirliyindən Xezerxeber.az-a bildirilib ki, Komissiyanın qarşısında qoyulan vəzifələrin icra vəziyyəti barədə danışan sədr, maliyyə naziri Samir Şərifov müvafiq meyarlara uyğun olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesi uğurla davam etdiyini, bu tədbirlərin həyata keçirilməsi üçün hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, indiyədək Komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların sayı 5 min 471 nəfər təşkil edib ki, onlardan 2 min 712 hərbi qulluqçu Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində mənzillərlə təmin olunublar.

Komissiyanın iclasında sözügedən Fərmanın icrası olaraq mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların 461 nəfərinə Bakı və Sumqayıt şəhələrində, habelə Naxçıvan Muxtar Respublikasında tam təmirli mənzillərin verilməsi barədə qərar qəbul edilib. Bununla yanaşı, Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında növbəti 1461 nəfər hərbi qulluqçu mənzil növbəsinə alınıb. Beləliklə, bugünkü tarixə mənzil növbəsində olan hərbi qulluqçuların ümumi sayı 3 min 759 nəfərə çatıb.

İclasda, həmçinin Komissiyanın fəaliyyətinə dair digər məsələlərə baxılıb.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
523 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti