Xəzər Xəbər

Soçiyə aviabiletlərin satışına başlanılıb

Cəmiyyət | 15:56 • 2 Fevral 2023
Soçiyə aviabiletlərin satışına başlanılıb

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin tərkibinə daxil olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti yeni Bakı-Soçi-Bakı marşrutu üzrə aviabiletlərin satışını elan edib.

Xezerxeber.az AZAL-a istinadən xəbər verir ki, Qara dəniz sahilinə uçuşlar martın 18-dən etibarən həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Bu istiqamət üzrə biletləri aviadaşıyıcının www.butaairways.az saytında (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə) əldə etmək mümkündür. Həmçinin, aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə əldə etmək olar.

Qeyd edək ki, Soçi Rusiyanın Qara dəniz sahilində yerləşən məşhur kurortdur.

Xəbər lenti