Xəzər Xəbər

İstilik və isti su sayğaclarının quraşdırılmasına başlanılıb

Sayğacların yenilənməsi işlərinə başlanılıb
Cəmiyyət | 12:13 • 2 Fevral 2023
İstilik və isti su sayğaclarının quraşdırılmasına başlanılıb

“Azəristiliktəchizat” ASC istehsal və əməliyyat səmərəliyini artırmaq, uçot sistemini təkmilləşdirmək, həmçinin istilik enerjisindən səmərəli istifadəni stimullaşdırmaq və fəaliyyətini müasirləşdirmək məqsədilə istilik və isti su sayğaclarının quraşdırılması işlərinə başlayıb.

ASC-dən Xezerxeber.az-a bildirilib ki, ilkin olaraq 60 istilik sayğacının satınalınması prosesi yekunlaşdırılıb və pilot layihə çərçivəsində qeyri-əhali abonentləri üçün quraşdırılması təmin ediləcək. Layihə nəticəsində istilik və isti su məqsədləri üçün istilik enerjisinin istehsalının və çatıdırlmasının resurs və maliyyə tələbi daha dəqiq müəyyən olunacaq, xidmət keyfiyyətinin yüksəldilməsi, istehsal prosesinin daha səmərəli təşkili təmin edilməklə, istehlakçı məmnunluğunun artırılması üçün əsaslı zəmin yaradılması mümkün olacaq.

Bundan başqa, isti su təchizatının sayğaclaşdırılması ilə bağlı əlavə tədbirlər görülür və mövcud isti su sayğaclarının yenilənməsi üçün Azərbaycanda yeganə yerli sayğac istehsalçısı olan “Gəncə Cihazqayırma zavodu” ASC ilə qanunvericiliyə uyğun olaraq 3500 ədəd isti su sayğacının alınmasına dair müqavilə imzalanıb. Artıq sayğacların yenilənməsi işlərinə başlanılıb.

Hazırda istilik sayğacları quraşdırılmadığı hallarda istilik təchizatı xidmətləri əhali istehlakçıları üçün mənzilin 1 kvadratmetr yaşayış sahəsinə görə, qeyri əhali istehlakçıları üçün binanın 1 kubmetr tikinti həcminə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2011-ci il 24 noyabr tarixli 04 nömrəli qərarına əsasən müəyyən etdiyi tariflərlə hesablanır.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
544 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti