Xəzər Xəbər

"Qanlı göl" ətrafında park salınacaq

Cəmiyyət | 12:10 • 2 Fevral 2023
"Qanlı göl" ətrafında park salınacaq

"Qanlı göl" ətrafında həyata keçirilən layihə çərçivəsində park salınması nəzərdə tutulur.

Xezerxeber.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə heyətinin sədri Mirsalam Qənbərov bu gün keçirilən ictimai dinləmədə deyib.

"Qanlı göl" ətrafında həyata keçiriləcək layihənin əsas üç istiqaməti var. Ərazidə tikintinin məhəllələr şəklində aparılması nəzərdə tutulub. Bundan əlavə, gölün və ətrafının reabilitasiyası, gölün təmizlənməsi, gölün su təchizatı ön plandadır. Həmçinin gölün əhatə dairəsində 6 hektarlıq sahədə şamlıq mövcuddur. Həmin ağaclar orada saxlanılmaqla park salınması planlaşdırılıb", - deyə M.Qənbərov diqqətə çatdırıb.

Xəbər lenti