Xəzər Xəbər

Dövlət qulluğu imtahanları kompüter sistemində aparıla bilər

Cəmiyyət | 11:55 • 2 Fevral 2023
Dövlət qulluğu imtahanları kompüter sistemində aparıla bilər

Dövlət qulluğunda səriştə modelinə keçid etmək vacib məsələdir. İki il ərzində "Yüksəliş" müsabiqəsində də həmin sərişdə modelinə əsaslanaraq mütəxəssislərimiz tərəfindən yaradılan alətlərdən istifadə etmişdik.

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ilin sonunadək dövlət qulluğuna qəbul imtahanları kompüter sistemində keçirilə bilər:"Gələcəkdə kompüter sisteminə daha çox yüksək səviyyəli, məsələn, doktoranturaya, magistraturaya qəbul imtahanlarında keçid edəcəyik. Buraxılış imtahanları ən kütləvi imtahanlar olduğu üçün qarşıdakı 5 ildə onları kompüterdə keçirmək mümkün deyil".

Xəbər lenti