Xəzər Xəbər

Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkimləri etiraz aksiyası keçiriblər

Həkimlər aksiyalarını davam etdirəcəklərini bildiriblər
Cəmiyyət | 10:18 • 2 Fevral 2023
Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkimləri etiraz aksiyası keçiriblər

Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkimləri etiraz aksiyası keçiriblər.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, etiraza səbəb həkimlərə nəzərdə tutulan sığorta ödənişlərinin verilməməsi olub. Nəticədə onlar xəstə qəbulunu dayandırıblar. Həkimlər APA-nın yerli bürosuna bildiriblər ki, son 2-3 ayda Diaqnostika Mərkəzinin həkimləri 600 min manat dəyərində sığortalı xəstə qəbul ediblər. Lakin onlara icbari tibbi sığorta haqda qanununda göstərilən əlavə ödənişlər verilməyib.

Belə olacağı təqdirdə, həkimlər aksiyalarını növbəti günlər də davam etdirəcəklərini bildiriblər.

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta işinin təşkili və qeydiyyat şöbəsinin müdiri Elnur İbrahimov APA-ya bildirib ki, muxtar respublikada bütün səhiyyə ocaqlarına sığorta ödənişləri xidmətlər zərfinə uyğun olaraq hər ay tam şəkildə ödənilib.

Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüqar Babayev APA-ya etirazın olduğunu təsdiq etdi: "Bəli, dünən həkimlərin bəziləri bu məsələ ilə bağlı etiraz ediblər. Onlarla artıq görüş keçirmişik. Diaqnostika Mərkəzi yenidən Səhiyyə Nazirliyinin balansına qaytarılır. Bununla əlaqədar olaraq orada təhvil-təslim işləri gedir. Bu məsələlər həll olunduqdan sonra həkimlərə qanuna uyğun olaraq əlavə ödənişlərin yerinə yetirilməsi təmin ediləcək".

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
546 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti