Xəzər Xəbər

Antifrizlərlə bağlı sürücülərə XƏBƏRDARLIQ: "mexanizmi dağıdır"

"Təmiri mümkün olmayan problemlərə yol açır"
Cəmiyyət | 14:34 • 1 Fevral 2023
Antifrizlərlə bağlı sürücülərə XƏBƏRDARLIQ: "mexanizmi dağıdır"

Mütəxəssislər avtomobillərə tökülən antifrizlərlə bağlı xəbərdarlıq edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, avtomobil ustaları kortəbii istifadə olunan mavi və qırmızı antifrizlərin təmiri mümkün olmayan problemlərə yol açdığını deyiblər. Ustalar eyni vaxtda qırmızı və mavi antifrizləri istifadə etməmək barədə xəbərdarlıq ediblər. Onların sözlərinə görə, qışda köhnə maşınlarda mavi, yenilərdə isə qırmızı sözügedən maye istifadə olunmalıdır:

“Qırmızı antifriz daha organik olaraq bilinir. Əgər onlardan istifadə olunsa maşınlarda həm donma, həm də kiflənmə, oksidləşmə, karbüratorların tıxanma problemləri olmaz. Su da oksidlənir və tərkibində ərp var. Bu vəziyyət qızdırıcıları bağlayır. Köhnə avtomobillərdə yanlış antifiriz istifadəsi mexanizmi dağıdır. Qırmızı və mavi antifrizləri qəti şəkildə eyni avtomobil üçün istifadə etmək olmaz. İkisinin də faktorları fərqli olduğu uyğun görülmür. Buna görə də, avtomobilə hansından tökülübsə, daim o istifadə olunmalıdır”.

Xəbər lenti

100-cü gün... VİDEO
20:19 • 21 Mart 2023