Xəzər Xəbər

Dövlət qurumlarına məxsus avtomobillər 500 manata satıldı

Hərrac keçirilib
Cəmiyyət | 16:52 • 30 Yanvar 2023
Dövlət qurumlarına məxsus avtomobillər 500 manata satıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac keçirilib.

Dövlət Xidmətindən Xezerxeber.az-a bildirilib ki, yanvarın 27-də keçirilən hərracda 17 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 83 sifariş qəbul edilib.

Hərrac rəqabətli olub. Belə ki, “Chevrolet Epica” markalı avtomobilin ilkin start qiyməti 4500 manat olsa da, ən son təklif 6450 manata yüksəlib. İlkin start qiyməti 2500 manat olan “Nissan Maxima” markalı nəqliyyat vasitəsi 4400 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/33QHMs).

Növbəti ay üzrə hərraclar fevralın 14, 21 və 28-də keçiriləcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti