Xəzər Xəbər

Polis bu şəxsi axtarır FOTO

DİN məlumat yayıb
Cəmiyyət | 12:00 • 30 Yanvar 2023
Polis bu şəxsi axtarır

Paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 29 yaşlı İslam Rəhimli 2022-ci il dekabrın 9-da yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Məlumata görə, onun yaddaş pozğunluğu olması ehtimal edilir.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (055) 711-18-65 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti