Xəzər Xəbər

Vasifin əməliyyatdan sonrakı ilk görüntüsü FOTO

Vasifin əməliyyatı dörd saat yarım çəkib
Cəmiyyət | 13:30 • 29 Yanvar 2023
Vasifin əməliyyatdan sonrakı ilk görüntüsü

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə paylaşım edilib. O, əməliyyatdan sonra səhhətinin yaxşı olduğuna işarə edib.

Vasifin əməliyyatdan sonra çəkilən ilk görüntüsünü təqdim edirik: 

Qeyd edək ki, Vasifin əməliyyatı dörd saat yarım çəkib. Onun çiynində güllə yarası, çənəsində sınıq olub.

Xatırladaq ki, 27 yanvar saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki əməkdaş isə yaralanıb. 

Xəbər lenti