Xəzər Xəbər

Bakıda sıxlıq olan yollar açıqlanıb SİYAHI/FOTO

Cəmiyyət | 08:49 • 26 Yanvar 2023
Bakıda sıxlıq olan yollar açıqlanıb

Hazırda Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Xezerxeber.az-a bildirilib ki, Bakı yollarındakı vəziyyət aşağıdakı kimidir:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

4. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Xəbər lenti