Xəzər Xəbər

Deputat: Əlilliyin təyinatı çox problemlidir

"Ünvanlı sosial yardımın qanunsuz verilməməsinə görə cəzalar tətbiq edilməlidir"
Cəmiyyət | 15:48 • 25 Yanvar 2023
Deputat: Əlilliyin təyinatı çox problemlidir

“Əhalinin sosial hüquqları və haqları var. Ünvanlı sosial yardım, əlilliyin müəyyən edilməsi kriteriyaları və s. bura daxildir”.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, bir insan 3-4 ay ac yaşayıb, ünvanlı sosial yardım ala bilmir: “Bir insanın itirilən 1 il haqqı tapdanır, ünvanlı sosial yardım ala bilmir, amma insana qarşı bunu edən qurumun əməkdaşı məsuliyyətə cəlb olunmur. Bütün dövlət qurumlarının ən azı bir neçə üzvünün və məsul şəxslərinin iştirakı ilə böyük toplantının keçirilməsini təklif edirəm. Əlilliyin təyinatı çox problemlidir. İnsanların itirilmiş illəri və aylarına görə heç kim cavabdehlik daşımır. Əlavə olaraq, göndərilən məktublarla bağlı da problemlər var. Əlaqədar bütün təşkilatların hamısı ilə dostcasına görüş təşkil edək. Lap media olmasın, populizm xatirinə heç kim onların üstünə getməsin”. (APA)

Xəbər lenti