Xəzər Xəbər

Deputat sağlamlıq arayışının baha olmasından şikayətləndi

"41 manat o qədər az məbləğ deyil"
Cəmiyyət | 12:35 • 25 Yanvar 2023
Deputat sağlamlıq arayışının baha olmasından şikayətləndi

Azərbaycanda keçən il 2021-ci ilə nisbətən dializə gedən xəstlərin sayı 13% artıb.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, dializ xəstələrinin sayının artması araşdırılmalıdır: "Bunu araşdırmaq lazımdır ki, səbəb nədir. Çünki 13% eləcə də kiçik rəqəm deyil".

M.İbrahimqızı eyni zamanda sağlamlıq haqqında arayışın qiymətinin yüksək olmasından da şikayətlənib: “Sağlamlıq arayışının qiyməti 41 manatdır. Biz seçicimizi işə düzəldəndə bu arayışın qiymətinin yuxarı olduğunu müşahidə edirik. Məsələn, xadimə işinə qəbul olan şəxs üçün bu məbləğ aylıq ödənişə bərabərdir. Ona görə də bu məsələ üzərində işləməliyik, 41 manat o qədər az məbləğ deyil”.

Xəbər lenti