Xəzər Xəbər

Son sutkada koronavirus əleyhinə 563 doza vaksin vurulub

Cəmiyyət | 17:15 • 24 Yanvar 2023
Son sutkada koronavirus əleyhinə 563 doza vaksin vurulub

Yanvarın 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 563 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Xezerxeber.az-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 318, ikinci doza vaksinlərin sayı 71, üç və daha çox doza vaksinlərin sayı 137, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 37-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 940 min 465, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 401 min 423, ikinci mərhələ üzrə 4 milyon 876 min 706, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 397 min 208, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 128-dir.

Xəbər lenti