Xəzər Xəbər

Xaricdə doktoranturaya sənəd qəbuluna başlanılır

Cəmiyyət | 17:00 • 24 Yanvar 2023
Xaricdə doktoranturaya sənəd qəbuluna başlanılır

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üzrə sənəd qəbuluna başlanılır.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu proqram çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını sənəd qəbulunda iştirak etməyə dəvət edir.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı  və elana dair ətraflı məlumatı keçidlərdən əldə etmək mümkündür.

Proqrama müraciət tarixləri fevral-aprel aylarını əhatə edəcək.

Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsinə və ya dpinfo@edu.gov.az  elektron poçt ünvanına müraciət edə bilərlər.

Xəbər lenti