Xəzər Xəbər

Bu qanunu qəbul etməyimizi istəmirlər, təzyiqlər var - Deputat

"İstəmirlər ki, biz bu qanunu qəbul edək"
Cəmiyyət | 12:38 • 24 Yanvar 2023
Bu qanunu qəbul etməyimizi istəmirlər, təzyiqlər var - Deputat

Azərbaycanda lombardlarla əlaqədar olaraq maraq kifayət qədər böyükdür. Amma biz lombardların sayını belə bilmirik.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov bildirib.

“Biz bunu tənzimləmək üçün “Lombardlar haqqında” qanun layihəsini qəbul etməliyik. Amma bildirim ki, “Lombardlar haqqında” qanun layihəsi üzərində müəyyən təzyiqlər var. İstəmirlər ki, biz bu qanunu qəbul edək. Lakin qanunun qəbulu və lisenziyaların verilməsi ilə problem öz həllini tapacaq”, - deyə deputat bildirib.

Xəbər lenti