Xəzər Xəbər

Növbəti sertifikasiya imtahanlarının vaxtı açıqlandı - 30 mindən artıq müəllim imtahanlara cəlb ediləcəklər

Bu il Azərbaycan dili, riyaziyyat və ibtidai sinif müəllimləri sınağa çəkiləcəklər
Cəmiyyət | 26,234 | 09:17 • 24 Yanvar 2023
Növbəti sertifikasiya imtahanlarının vaxtı açıqlandı - 30 mindən artıq müəllim imtahanlara cəlb ediləcəklər

Bu il ölkə üzrə 30 mindən artıq müəllimin sertifikasiya imtahanlarına cəlb edilməsi nəzərdə tutulur. 

Xezerxeber.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlayıb.

Xəzər Televiziyasının "Xəbər Ertəsi" verilişinin qonağı olan C.Valehov deyib ki, bu il Azərbaycan dili, riyaziyyat və eləcə də bölgələrdə işləyən ibtidai sinif müəllimləri üçün sertifikatlaşdırma imtahanları keçiriləcək. Onun sözlərinə görə, artıq prosesə hazırlıq işləri aparılır. Sektor müdiri bildirib ki, bu ilin may-iyun aylarından etibarən sertifikasiya imtahanları başlayacaq və mərhələli şəkildə il ərzində davam edəcək. 

Xatırladaq ki, ötən il  Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Quba-Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan 11 min 591 ibtidai sinif müəllimi sertifikatlaşmaya cəlb edilib. Onlardan 8787 müəllim, yəni, 76 faizi uğur qazanıb. Bu ildən regionlarda işləyən ibtidai sinif müəllimləri də imtahanlara cəlb olunacaqlar.

Xəbər lenti