Xəzər Xəbər

Təxirə salınmış imtahan bərpa edilir

Cəmiyyət | 16:22 • 6 Yanvar 2023
Təxirə salınmış imtahan bərpa edilir

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin 26 dekabr 2022-ci il tarixindən texniki səbəblərdən təxirə salınmış sertifikasiya imtahanlarının 11 yanvar 2023-cü il tarixindən etibarən keçirilməsi bərpa edilir.

Bu barədə Xezerxeber.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.

Həmin tarixlərdə imtahanı təxirə salınmış şəxslərə yeni imtahan tarixləri və yenilənmiş imtahan buraxılış vərəqələri cari ilin yanvar ayının 9-da təkrar göndəriləcək.

11 yanvar 2023-cü il tarixində keçiriləcək sertifikasiya imtahanında iştirakı nəzərdə tutulan şəxslər imtahan buraxılış vərəqəsində qeyd olunmuş ünvan və saatda sertifikasiya imtahanında iştirak üçün dəvət olunurlar.

Xəbər lenti

Çox oxunanlar