Xəzər Xəbər

Xaricdə yaşayan azərbaycanlıların "YAŞAT" Fonduna köçürdüyü ianələrin məbləği açıqlanıb

Cəmiyyət | 11:59 • 8 Dekabr 2022
Xaricdə yaşayan azərbaycanlıların "YAŞAT" Fonduna köçürdüyü ianələrin məbləği açıqlanıb

Xarici ölkədə yaşayan azərbaycanlıların "YAŞAT" Fonduna köçürdüyü ianələrin məbləği açıqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə "YAŞAT" Fondunun yaranmasının iki illiyi ilə bağlı keçirilən mətbuat konfransında fondun rəhbəri Elvin Hüseynov məlumat verib.

O bildirib ki, ötən il mayın 25-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu keçirilib.

"Marafonun məqsədi şəhid ailələri və yaralananlara yardım edilməsi ilə bağlı dünyanın müxtəlif olkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırış olub. Marafon müddətində (29.04.2021-ci il tarixindən 31.05.2021-ci il tarixinədək) Fondun hesabına 990 067.00 AZN, 10 180.00 USD, 6 395.86 EUR, 34 117.32 TRY, 2 844.07 RUB, 2 975.00 GBP vəsait olmaqla ümumilikdə 1 042 609.29 AZN vəsait daxil olub. SMS-ianə vasitəsilə 2021-ci il 25-26 may tarixləri üzrə 5061 AZN vəsait toplanılıb",- E.Hüseynov deyib.

Xəbər lenti